GI JANE
GIANT
OBASTAN VİKİ
.gi
.gi — Cəbəli-Tariqin internet kodu.
Joe & Jake
Joe & Jake — Co Vulford (ing. Joe Woolford; d. 6 oktyabr 1994) və Ceyk Şeykşaftın (ing. Jake Shakeshaft; d. 25 iyul 1995) təşkil etdiyi Britaniyalı musiqili duet. Onlar "You're Not Alone" mahnısı ilə Böyük Britaniyanı "You're Not Alone" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Karyera == === 2015: The Voice UK === Co və Ceyk ilk dəfə 2015-ci ildə Böyük Britaniyanın The Voice səs yarışmasında iştirak edərkən tanış olmuşdurlar. Onların hər ikisi yarışmada ilkin mərhələni uğurla keçmişdir. Co Rita Oranın, Ceyk isə Amerikan musiqiçisi will.i.am-in komandasında yer almışdır. Yarışmada iştirak etdikləri müddət ərzində Co Elli Qoldinq, Ceyson Mraz və Kris Braun mahnıları ilə çıxış etmiş, Ceyk isə Ed Şiran, Coldplay və Castin Biber mahnılarını səsləndirmişdir.
Joe Cocker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Joe Dassin
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Joe Navarro
Co Navarro (ing. Joe Navarro; 26 may 1953) — Kuba əsilli Amerikalı yazıçı, ictimai natiq, keçmiş FTB agenti və nəzarətçisi. Navarro şifahi olmayan ünsiyyət və bədən dili sahəsində ixtisaslaşmışdır və çoxsaylı kitablar, o cümlədən Hər Bədənin Dedikləri, Təhlükəli Şəxsiyyətlər, Sözlərdən Uca Səs, Qiyamətə Üç Dəqiqə və Bədən Dili kitabının müəllifidir. == Həyatı == Co Navarro Kubada Donuzlar Körfəzinin işğalından qısa müddət sonra ailəsi ilə birlikdə 8 yaşında ABŞ-a köçdü. Brigham Young Universitetində Ədliyyə İdarəçiliyi üzrə bakalavr dərəcəsi və Slippery Rock Universitetində Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsi qazandıqdan sonra o, 25 il ərzində FTB-nin xüsusi agenti və əks-kəşfiyyat və davranışların qiymətləndirilməsi sahəsində nəzarətçi kimi çalışıb. O, FTB-nin elit Davranış Analizi Proqramının qurucu üzvlərindən biridir və o, həmçinin SWAT Komandası Komandiri və Büro Pilotu kimi fəaliyyət göstərib. FTB-dən təqaüdə çıxdıqdan sonra Navarro insan davranışı haqqında biliklərini bölüşmək üçün kitablar və mühazirələr yazır. O, Sent-Leo Universitetində əlavə bir fakültədədir və Harvard Biznes Məktəbində dəfələrlə mühazirə oxuyub. 2003-cü ildən Navarro Dövlət Departamentlərində məsləhətçi olub və Hökumətlərarası Tədqiqatlar İnstitutunun əməkdaşıdır. 2005-ci ildə Navarro World Series of Poker Academy-də iştirak etdi, yalanların aşkarlanması haqqında Discovery Channel proqramında Annie Duke ilə təsadüfi görüşdən sonra poker üzrə oyunçuları öyrətdi.
Gi Molle
Gi Alsid Molle (fr. Guy Mollet; 31 dekabr 1905[…] – 3 oktyabr 1975[…], Parisin 7-ci dairəsi[d]) — Fransa siyasi və dövlət xadimi. O, 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsinə (FİFB) rəhbərlik etmiş və 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. Baş nazir olaraq Molle bəzi əhəmiyyətli ölkədaxili islahatlar keçirmiş və Fransa-Britaniya Birliyi layihəsi ilə Avropaya inteqrasiya üçün səy göstərmişdir. O, xüsusilə də Süveyş böhranı və Əlcəzair müharibəsi zamanı apardığı siyasətə görə Fransanın həm solçu, həm də sağçı cəbhəsində mənfi bir fiqur kimi qarşılanmışdır. == Həyatı == 1946–1969-cu illərdə Fəhlə İnternasionalının Fransa Bölməsi (FİFB; sonradan Fransa Sosialist Partiyası; FSP) baş katibi, 1951–1969-cu illərdə Sosialist İnternasionalı sədrinin müavini, 1954–1956-cı illərdə Avropa İttifaqı Məsləhət Şurasının sədri, 1956–1957-ci illərdə Fransanın Baş naziri olmuşdur. O, Əlcəzairdə müstəmləkəçilik mübarizəsini davam etdirmiş, Fransanı 1956-cı il Süveyş böhranına sürükləmişdir. Molle 1958-ci ildə de Qollun hakimiyyətə gəlməsinə kömək etmiş, onun təşkil etdiyi hökumətə daxil olmuş, sonradan Beşinci respublikaya qarşı müxalifətə keçmişdir. 1969-cu ildən Sosialist Tədqiqatları Universitet Mərkəzinin sədri idi. Molle 1956-cı ildə baş nazir, 1963-cü ildə isə FSP nümayəndə heyətinin başçısı kimi SSRİ-də olmuşdur.
Gi Rouz
Gi Rouz (ing. Guy Rose; 3 mart 1867[…], San Qabriel[d], Kaliforniya – 17 noyabr 1925[…], Pasadena, Kaliforniya) — ABŞ-ni rəssamı, Kaliforniya impressionizminin görkəmli nümayəndələrindən biri.
Gi Ru
Gi Ru — Fransalı futbol mütəxəssisi. == Həyatı == === "24 yaşlı iddia" nəhəng kluba çevrildi === 1938-ci il oktyabrın 18-də Fransanın Kolmar şəhərində anadan olan Gi Ru 14 yaşında ikən "Oser"də çıxış etməyə başlayır. O, vaxt bu klub Runun yaşadığı meşəliklərlə örtülmüş Oser şəhərini həvəskarlar liqasında təmsil edirdi. 9 il burada forma geyinir. Son dörd ildə isə komandasının kapitanlıq sarğısını daşıyır. Hər il həvəskarlar arasında çempion olsalar da, bu, komandanın üzvlərinə heç nə qazandırmır. Vəziyyəti belə görən 24 yaşlı Ru bir gün klubun rəhbərliyi ilə görüşür və deyir: "Bezmişik artıq. Hər il çempion olsaq da, irəliyə gedə bilmirik". Daha sonra isə o, rəhbərlikdən xahiş edir ki, onlara 3 ot örtüklü meydança və klub binası versinlər və gerisi ilə işləri olmasın. Klub bossları 24 yaşlı Runun dediklərini yerinə yetirirlər.
Gi Orlando Rouz
Gi Rouz (ing. Guy Rose; 3 mart 1867[…], San Qabriel[d], Kaliforniya – 17 noyabr 1925[…], Pasadena, Kaliforniya) — ABŞ-ni rəssamı, Kaliforniya impressionizminin görkəmli nümayəndələrindən biri.
Gi de Mopassan
Anri Rene Alber Gi de Mopassan (fr. Henri René Albert Guy de Maupassant; 5 avqust 1850 – 6 iyul 1893, Pasi[d], Paris, Üçüncü Fransa Respublikası) — Fransa yazıçısı. == Həyatı == Anri Rene Alber Gi de Mopassan 5 avqust 1850-ci ildə Fransanın Dənizkənarı Sena departamenti, Turvilyasur-Ark yaxınlığındakı Miromenil qəsrində anadan olmuşdur. Atası yoxsullamış zadəgan, anası mədəni burjua ailəsindən idi. O, Ruan liseyini bitirmiş, 1869-cu ildə bakalavr adı almışdır. Mopassan ömrünün son ilərində dərin mənəvi böhran keçirmişdir. O, 1891-ci ildə ruhi xəstəliyə tutulmuş, tədriclə görmə qabiliyyətini, yaddaşını itirmiş, 2 yanvar 1892-ci ildə intihar etməyə cəhd göstərmişdir. 6 iyul 1893-cü ildə Parisdəki psixiatriya xəstəxanasında beyin iflicindən vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa 1870-ci illərdə anasının uşaqlıq dostu Qüstav Floberin bilavasitə köməyi ilə başlamış, onun vasitəsilə fransız yazıçıları, habelə ikinci müəllimi hesab etdiyi İvan Turgenevlə tanış olmuşdur. İlk hekayə kitabını ("Telyenin müəssisəsi", 1881) Turgenevə ithaf etmişdir.
Pan Gi Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Son Cun-gi
Song Joong-ki (kor. 송중기; 19 sentyabr 1985, Tecon[d]) Cənubi Koreyalı aktyordur. Tarixi yetkinlik dramı Sunkyunkvan Qalmaqlı-da (2010) və Qaçan adam estrada şousunda (2010–2011) orijinal aktyor heyətindən biri kimi şöhrət qazandı.O vaxtdan bəri o, "Günahsız Adam" (2012), "Günəşin nəsilləri" (2016), "Arthdal Salnamələri" (2019) və Vincenzo (2021) seriallarında, eləcə də "Canavar Oğlan" (2012), Döyüş gəmisi adası (2017) və Kosmik Təmizləyicilər (2021) kimi hit filmlərdə müxtəlif spektrli rollar oynayıb. Son 2012-ci ildə və 2017-ci ildə Gallup Koreyada "İlin Televiziya Aktyoru" seçildi. O, ilk dəfə 2013-cü ildə yeddinci, daha sonra 2017-ci ildə ikinci, 2018-ci ildə yeddinci yeri tutaraq Forbes Koreya Güclü Məşhurlar siyahısına daxil edildi. Onun serial və filminin uğuru beynəlxalq miqyasda onu əyləncə sənayesində ən yaxşı Hallyu ulduzu kimi təyin etdi. == Erkən həyat və təhsil == Son ailədəki üç övladın ikincisidir (və ya ortanca uşaqdır) və Deconun (ing. Daejeon) kənd kənarında böyüyüb. O, şort-trekdə yarışıb və doğma Decon şəhərini milli səviyyədə təmsil edib; onun konkisürmə keçmişi Triple serialında milli komandanın skater rolu üçün faydalı olardı. Orta məktəbdə oxuduğu ilk ildə aldığı zədə onu idmandan əl çəkməyə məcbur etdi.
G.I. Joe: Retaliation
G.I. Joe: Qisas (ingiliscə orijinal adı: G.I. Joe: Retaliation) — Jon M. Çu tərəfindən 2013-cü ildə çəkilmiş döyüş filmidir. 2009-cu ildə çəkilmiş olan G.I. Joe: The Rise of Cobra filminin davamıdır. Film Şimali Amerikada 29 mart 2013-cü ildə buraxılmışdır. Filmin süjet xəttinin müəllifləri Zombieland filminin süjet xəttinin yazılmasında da iştirak etmiş olan Rhett Reese və Paul Wernick olmuşdur. Filmdə ilk filmdəki aktyor heyətindən Çenninq Tatum, Arnold Vosloo, Rey Park, Conatan Prays və Li Byunq-hun, əlavə olaraq isə yeni rollarda Dueyn Conson və Brüs Uillis kimi məşhur simalar iştirak etmişdir. == Süjet xətti == Film Coların (Joe) düşməni olan Kobra komandasının hökuməti ələ keçirməsi və özlərini xüsusi təyinatlılar kimi təqdim etmələri ilə başlayır və elə bundan sonra, bir-birləri ilə əməkdaşlıq edən qəhrəmanlarımızın qollarını çırmalayıb oyuna müdaxiləsi ilə filmin əsas süjet xətti başlayır.
Gi və Estopanın sərgüzəştləri
"Gi və Estopanın sərgüzəştləri" (port. As Aventuras de Gui & Estopa) — Cartoon Network, TV Cultura və Boomerang üçün Mariana Kaltabiano tərəfindən hazırlanan Braziliya cizgi-serialı. == Səsləndirənlər == Mariana Kaltabiano - Gi "İguinyo" / Kraket Spaniel / Dona İguilda / Fifivelinya / Roket Spaniel Eduardo Jardim - Estopa / Pitiburro Arli Kardoso - Ribaldo "Riba" == İstinadlar == == Xarici keçidlər == iguinho.com.br/gui-estopa.html — Gi və Estopanın sərgüzəştlərinin rəsmi saytı Gi və Estopanın sərgüzəştləri — Internet Movie Database saytında.
G.I. Joe: Kobranın Yüksəlişi
G.I. Joe: Kobranın Yüksəlişi (ingiliscə orijinal adı: G.I. Joe: The Rise of Cobra) 2009-cu ildə çəkilmiş triller, elmi fantastika, döyüş filmidir. Film Paramount Pictures və Hasbro tərəfindən istehsal olunmuşdur. Film G.I. Joe: A Real American Hero (G.I. Joe: The Real Amerika qəhrəmanı) kitabından ilhamlanaraq çəkilmişdir. Filmin rejissoru Stiven Sommersdir. O, dünya üzrə təxminən 301 milyon dollar gəlir əldə etmişdir. Filmin davamı G.I. Joe: Retaliation adlanır.